Modern.az

Gözdə qıl tutmaq qədər çətin …

1 Noyabr 2019, 10:37

Mülatif Adurov

Azərbaycan Prezidentinin

fərdi təqaüdçüsü

 


Yaxın keçmişdə tikinti işləri aparanlar (hündür binalar tikənlər) həmin binanın hansı müəssisəyə aid olması ilə bağlı ya binanın üstündə ya da onun ən yüksək mərtəbəsinin divarında lövhə şəklində və ya sayrışan işıqlarla həmin binada hansı təşkilatların yerləşdiyini bildirərdilər. Məsələn, “Azərbaycan Elmlər Akademiyası”, “Nazirlər Kabineti” “Moskva” oteli və s.


Lakin günü-gündən gözəlləşən Bakını hündür binalar bürüyüb. El dilində “üç bacı”, nə bilim, “bir bacı”, “Alov güllələri” (hələ başqa adları da var) adlandırılan “Fermont” oteli sakinlərin fəxridir, qonaqlarımızı heyran edir. H.Əliyev prospekti boyunca biri-birindən hündür, yaraşıqlı tikililər göz oxşayır. Həmin binaların bu tikintinin hansı müəssisəyə aid olduğunu bildirən nə bir lövhə və ya divarının hündür yerində yazı var. Gərək hansı təşkilata (və ya təşkilatlara) məxsus olduğunu göz qılını tutmaq qədər çətin olan bir vəziyyətlə müəyyənləşdirmək üçün ya piyada ya da avtomaşınla minlərlə metr yol qət edib həmin binada hansı müəssisələrin yerləşdiyini yarım, uzağı bir kvadratmetrlik ünvan lövhəsində oxuyasan. Belə tikililərin sayı isə, şükürlər olsun, lap çoxdur.


Demirik hər binanın üstünə lövhə vurulsun. Məsələn, bu “Fermont”un arxitektura tələblərinə zidd olar. Binanın hündür yerində sayrışan işıqlarla “Fermont” yazmaq mümkündür. Bu isə oranı axtaranların işini xeyli yüngülləşdirər. Xüsusən qonaqlarımız çox razı qalar. Hər bir bakılı Prezident Administrasiyası binasını yaxşı tanıyır.  Lakin qonaqlarla “Azərneft” meydanından filarmoniya istiqamətində qalxanda onlar “bəh, bəh, nə gözəl tikilidir” deyirlər. Deyəndə ki, “Prezident Administrasiyası” yerləşir həmin göz oxşayan binanı artıq tanımış olurlar.


Heç şübhəsiz ki, Bakı Şəhər İcra Hakimiyyətində bilirlər. Təklifə münasibətlə  baxsalar, bu, alqışlanar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ