Modern.az

İyirmi yaşlı Azərbaycan bələdiyyəsi

29 İyul 2019, 12:59

Vüqar Tofiqli,
Belediyye.info resursunun və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İB təsisçisi

Bu ilin sonunda həm bələdiyyə seçkiləri keçiriləcək, həm də bələdiyyələrin formalaşmasının 20 ili tamam olacaqdır. Bu günədək keçirilmiş bələdiyyə seçkiləri dekabr ayına düşdüyündən güman etmək olar ki, yubiley tədbirlərinin də elə bu ayda keçirilməsi məqsədəuyğun hesab edilə bilər. Lakin seçki prosesi bu tədbirləri ertələyə də bilər. Bu da təbiidir.


Bizim bu yazıda əsas təklifimiz isə məhz yubiley tədbirləriylə bağlı müəyyən təklifləri ictimailəşdirməkdir.


Bu da bir faktdır ki, istənilən sahədə çalışan insanların zəhməti və sahənin inkişafıyla bağlı xidmətləri olan şəxslər cənab Prezidentin diqqətindən yayınmır. Bunun üçün ilk olaraq həmin sahədə çalışanların peşə bayramı təsis edilir, hər il də davamlı olaraq müyyən təqdimatlar həyata keçirilir. Bu həmin sahədə çalışanlar üçün həm diqqətdir, həm də gələcəkdə daha səmərəli fəaliyyət üçün bir stimuldur.


Yubiley ərəfəsində bələdiyyə sahəsiylə bağlı hansısa bir  addımın atılması gözləniləndir.


Dəfələrlə bu məsələ ilə bağlı siyasi xadimlər, Milli Məclisin üzvləri tərəfindən, o cümlədən, bizim də QHT təmsilçisi olaraq tərəfimizdən “Bələdiyyə günü”nün qeyd edilməsi təklif olunub.


Burada bir məqam var ki, ölkəmizdə hazırda 1607 bələdiyyənin 15 min nəfərdən artıq üzvü və bir o qədər də bələdiyyə qullquçusu vardır. Bələdiyyə qulluqçuların peşə bayramı kimi həmdə bütövlükdə üzvlərə, o cümlədən bu sahə ilə bilavasitə bağlı olanlara aid edilməsi mümkün olan “Bələdiyyə günü”nün təsis edilməsi məqbul sayıla bilər.


Bununla yanaşı,   fəal   bələdiyyə üzvlərinin və qulluqçularının, bu sahənin fəaliyyətinin təbliğiylə məşğul olanların dövlət mükafatlarına təqdim edilməsi də təkliflər sırasındadır.


Açıq deyək ki, bu sistemin formalaşmasında xidməti olan insanlar vardır. Onların iyirmi illik fəaliyyətinə qiymət verilməsi dövlətin hər zaman bələdiyyə sisteminə göstərdiyi diqqətin təzahürü kimi qiymətləndirilə bilər. Bunun üçün xüsusi orden və ya medalın da təsis edilməsi mümkündür.


Sözsüz ki, bu və ya digər təkliflərin reallaşması ölkə başçısının iradəsindən asılıdır.


Bu gün tam səmimi etiraf etməliyik ki, bələdiyyələrdə əvvəlki illərdə formalaşmış “neqativ və torpaq satan bir qurum” fikri də məhz Prezidentin atdığı inamlı addımlardan sonra əriməyə başlamış, bələdiyyələr də bu tənqiddən lazımınca nəticə çıxarmışlar. Sözsüz ki, nəticə çıxarmayanların sayı ilbəil azalmaqdadır.


İnanıram ki, Cənab Prezident bələdiyyələr üçün belə bir yubiley günü ilə bağlı xüsusi proqramın təsdiq edilməsini diqqətdə saxlmaqla, həm də bu sahədə çalışanların üzərinə böyük bir məsuliyyət yükü qoymuş olacaqdır.


Əminəm ki, hər bir müraciəti diqqətdən kənarda saxlamayan cənab Prezident İlham Əliyev bizim də bələdiyyələrin fəaliyyətinin və bu istiqamətdə dövlət siyasətinin təbliğiylə məşğul olan QHT və media təmsilçisi olaraq təklifimizi diqqətdən kənarda saxlamayacaqdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir