Modern.az

Yenə də cəhalətə, xurafata şahidi olduq

3 İyun 2019, 09:22

Fazil Mustafa,
Milli Məclisin üzvü


Allaha şükürlər olsun ki, bu Ramazan ayının sonuncu saxurunu da əmin-amanlıq içində gerçəkləşdirdik. Bu bir aylıq saxur müddətində Türkiyədən yayınlanan maarifləndirici proqramları gündəlik izləməyə çalışdıq. Xeyli faydalandığımızı düşünürəm. Xüsusilə Quranla bağlı sağlam müzakirə aparan din alimlərinin görüşləri üzərindən bilmədiyimiz bir çox məqamlarla bağlı bilgilər əldə etdik.

Təəssüfləndirici odur ki, bu Ramazanda da Azərbaycan televiziyaları dini maarifçilik yönündə faydalı proqramlar tərtib etmədilər və ölkəni bürümüş dini cahilliyin mövcudluğuna biganəlik nümayiş etdirdilər. Ola bilsin ki, bunu etməyə müstəqillikləri yetərli olmadı. Bu cəhalətin, xurafatın dövlətimizin və millətimizin gələcəyi üçün nə dərəcədə təhlükəli olduğunu anlamayan zehniyyətin dəyişmədiyinin bir daha şahidi olduq və üzüldük.

Ancaq yenə də Quran təməlidə İslamın tanıdılması üçün, onun müasirliyə, elmi biliklərə, humanizmə təşviq edən mahiyyətini anlatmaq üçün səylərimiz davam etməli, dinin insanlara qorxu, təhlükə deyil, sevgi, şəfqət aşılayan təzahür olduğuna sağlam düşüncə və əməllərimizlə inandırmağa çalışmalıyıq.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok