Modern.az

Kitabyandırma cəhdi cəfəngiyat idimi?

26 Fevral 2018, 10:49

Mülatif Adurov
veteran jurnalist 


Bir qrup ağıldankəm gəncin belə bir xülyaya düşməsi hec bir məntiqə sığmırdı. Əvvəla, Anar kimi, Çingiz Abdullayev kimi, digər məşhur adamlara qarşı yönəldilmiş  alçaq çəhd heç cür baş tuta bilməzdi. Çünki ...


Hər kollektivdə bir və ya iki nəfər tapılır ki, boş yerə mübahisə edir, az qala savaşa çevriləcək nəticə yaranır. O vaxtlar çalışdığım redaksiyada da iki işçinin mübahisəsi düşmüşdü. Biri o birinə:

-      Redaksiyada dava salmaq yaxşı deyil, gəl gedək bir başqa yerdə məsələni çürüdək.

-      Mən hazır!

-      Mən də hazıram. Mən tək və silahsız gələcəm.

-      “Razborka” harada olacaq?

-      Qobustan həbsxanasının yaxınlığında təzə püskürmüş vulkanın qabağlnda.

-      Ora hansı avtobus gedir?

-      Heç bir avtobus, ancaq taksi ilə gedə bilərsən.


Müsahibi “taksi” sözünü eşitcək susdu. Ertəsi günü hamı saat üçdə gənclərin hər ikisinin “razborka”dan qayıdacağını gözləyirdi. Sonradan məlum oldu ki,onlar heç redaksiyadan bayıra çıxmayıblar. Niyə? Çünki “razborka” məkanı seçən gənc dalaşacağı adamın gəlməyəcəyini tam yəqinliklə bilirdi.

-      Mən ona Qobustan ünvanını qəsdən demişdim. Bilirdim ki, sanki Qurana and içib ömündə taksiyə minməyən adam xərc çəkib “razborka”ya gəlməz.


İndiyə baxmayın, o vaxtlar “Pobeda”sı, “Moskviç”i olanları barmaqla sayardılar. Taksilər adamın cibini kəsirdi.

Bu məntiqi nəticəni kitabyandıranlara da şamil etmək olar. Əvvəla, onlar elə şair-yazıçının adlarını seçirlər ki, onların kitabları mağazaya çatar-çatmaz dərhal alınır. Digər tərəfdən isə kitabın qiymətinin od tutub yandığı bir vaxtda onlar yandıracaqları kitabları pulla almalı idilər. Heç kütbeyinlilər kitaba pul xərcləyər?!

Beləcə, tam arxayın olmaq mümkündür. Bunu məntiqi nəticə deyir: yersiz cəhdə reaksiya vermək sadəlövhlük deyilmi? Olmayan şeyin nəyini yandırmaq istəyirlər?  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok