Modern.az

Genetikanın, ruhun və inancın SAVAŞI

29 Yanvar 2018, 12:27

Vəfa Allahverdiyeva


Bizdən minlərcə kilometr uzaqlıqda gedən Savaşın, günlərdir izləyicisiyik.

Afrin kirayələnmiş qatıl sürüsünün insanlıq qəsdinə, torpaq təcavüzünə, min cür barbarlığa, vandalizmə, böyük dövlətlərin riyakarlığına  Türkiyənin  dözüm limitinin bitdiyi bir yerdir...

...Rəcəb Tayyib Ərdoğan Davosda Şimon Peresə sərt söz “şillə”si vuranda, dedilər, Amerikanın kuklasıdır, qorxusundan İsrail rəhbərini gerçək aşağılamağa cəsarət edə bilməz-bu, bir imitasiyadır.

İraq kürdlərinə müstəqillik referendumu prosesi Qərbdən xeyir-dua alarkən, türk diviziyası yerindən tərpənib sərhədə axışdı,  dedilər, Türkiyənın rəhbəri yekələnir, sadəcə.

Qüds Filistinin əlindən sıyrılıb çıxırdı ki, meydana girdi, dedilər, Ərəbistan islamın təəssübünü çəkmir, Türkiyə düşüb ortaya; boş çabadır.

Fiziki ölçülərinə görə,müqayisədə cılız cüssəli Türkiyənin özündən böyüklərəmeydan oxuyan bu tərzinə, doğrudan da,istehza ilə gülümsəmək olardı. Xəfifə almaqsa yox.

Çünki bunların hamısı “xəyalpərvər”liyi, “romantik hədəflər”i, sentimentallığı   ələ salınan Türkiyənin istədiyi kimi oldu...

Afrində Türkiyə təkcə terror dəstəsinin üzərinə yürüməyib, həm də oranı silahla təhciz edən Amerikanın üzərinə yeriyib. Alınan qərarın riskliliyi,  başlanan savaşın zor bir savaş olması da bu vurğudadır!

Qorxaq olmaq özü qorxulu bir haldır. Zəifi güclünün qarşısında qorxmaz və cəsarətli edənsəmöhkəm xarakteri  və inancı ola bilər.

Türkiyə son zamanlar hər cəbhədə uzun nəsil şəcərəsində yoxa çıxmayan, itməyən unikal genetikası, nadir xarakteri və əmin olduğu inancı ilə savaşır.

Ərdoğanın illərdir, tribuna sevgisinin, uzun-uzadı nitqlərə meylliliyinin, eyni fikri, eyni şüarı, bəzən taftalogiya olsa da, sevə-sevə hayqırmasının sirri indi-indi açılmağa başlayır.

Bir lider çox danışırsa, emosional tonda vurğular edirsə, insanına sətirbəsətir nəyisə öyrətməyə çalışırsa, bildiyi vardır demək.

Başında dayandığı toplumu möhtəşəm bir etnos təbliğatı ilə qidalandırmaq, ruhunu oyadıb, genetik qabiliyyətini itiləyib, qəlbində elə bir vətənsevərlik, mübarizlik,  Allaha güvən inşaa etmək ki, heç zaman əskilməyən düşmənçiliklərin, şərin önünə sarsılmaz  Çin səddi kimi çıxarmaq mümkün olsun!

Toplumun Afrin üçün göstərdiyi səfərbərlik, ordan, burdan meydana atılmaq istəyən könüllülər dəstəsi, ordu üçün evlərdə şəxsi təşəbbüslərlə  hazırlanan yeməklər, müxalifətin də çəkici eyni dəmirə vurması  Ərdoğanınkürsülərdən millətə keçdiyi təlimin, verdiyi dərslərintam  mənimsənilməsini yaxşı isbatlayır.

Yoxsa ki, Suriya torpaqlarında kürdü, ərəbi terror bataqlığından çıxarmağa missiya ilə yüklənməyin, o cəhənnəmə, itirilən qanlar, verilən şəhidlər  hesabına cənnətlik halı gətirib, sonra gerçək sahibinə qaytarmağın  məntiqini, mənasını izahlayacaq arqumentlərin  kütlənin şüuruna,  aydının zəkasınatəsiri böyük bir zaman almış olar və sərhədləri qoruma hərəkatının coşğusu əskik qalardı.

Türk özgə sərhədlər üzərindən ona atılan xain kəməndi qırmağa bu qədər tez və cəsurcasına girişirsə, bu, F-16-larla, modern silah texnologiyası ilə, ordunun qabiliyyəti ilə bağlılıqdan o tərəfə, Allaha inamla əlaqəli bir refleksdir.  

Savaş qərarında, cəsarətli xitablarda, təhlükəli mühakimələrdə 

türk siyasi elitası toplumu ilə birgə mistik köməyə, ilahi rüsxətə, Allah dəstəyi ilə bağlı qurduğu xəyallara  inanaraq, meydana atılıb.   Bu günün dünyasında bu frazanı ciddiliyə almaq gülünc ola bilər, fəqət bu, bir gerçəkdir.  

Hərbi texnologiya Allahdan güclü deyil, əlbət. Hər yerə Allahın ədalətini daşımaq strategiyasını dövlətinin siyasi-mənəvi xətti seçən Türkiyə,ilahi ədalətin varlığına, Tanrıdan gələn yardıma inamını real savaşda, diplomatik mübarizədə XXI əsr dünyasının imansız kəsiminin rişxəndinə rəğmən, bir taktika kimi də istifadə etdiyini hər kəsə göstərir.

Afrin əməliyyatı fitnə taciri olan güclü dünyanın əlinə silah, dilinə “Allahu-Əkbər”kəlməsi verdiyi terrorçu sürüsü üzərində İslama biçilən ləkəni, dizayn edilən çirkinliyi  təmizləyir.

Dünyanın islamla bağlı xətalarını düzəldən Türkiyə “Allahu Əkbər”  kəlməsi ilə yanaşı qoyduğu ədalət, vicdan, mərhəmət əxlaqını İslamın gözəlliyi kimi,terror xarabazarlığına apardığı işıq, orada inləyən günahsız məzlumlara tutduğu əl, çəkdiyi sığalla isbatlayır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var