Modern.az
Akif Təvəkküloğlu Çinarla görüş

Akif Təvəkküloğlu

Çinarla görüş

18 May 2017, 11:13

Akif Təvəkküloğlu

Çoxdandı görmürdüm səni, ay çinar,

Gəldim görüşünə, xoş gördük səni!

İncimə, qınama, küsmə, ay çinar,

Gəldim görüşünə qəbul et məni!

 

Yaman qocalmısan sən də mənim tək

Gördüm bu halını kövrəltdin məni.

Bacarsan zamanı geriyə bir çək.

Bu gündən dünənə aparım səni.

 

Bəlkə bir zamanlar sənin kölgəndə

Dincələn insanlar unudub səni,

Bəlkə bir zamanlar sənin dövrəndə

Oynayan uşaqlar incidib səni.

 

İncimə, ay çinar, zaman başqadır,

Gördüyün o zaman, o dövran deyil.

İndi dünya sanki sənin yaşdadır,

Artıq qoca çinar doğulan deyil.

Budağından at düzəldən uşaqlar,

Böyüyüblər, indi yaşa dolublar...

Sənə mehman olan yaxın, uzaqlar,

O  dünyanın sakinləri olublar...

 

Quruyan budaqların, qocalığın nişanı,

Köklərin dərindədir,  var cücərmək imkanı.

Əldən vermə fürsəti! Yaşamağın zamanı

Hələ tükənməyibdi qov başından dumanı...

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi