Modern.az

1 may! - bayrammı?..

1 May 2017, 10:38

May, işçinin, əməkçinin bayramı! Bayrammı dedim?..

Aldığı maaşla dolana bilməyən, künc-bucaqda borclardan gizlənən, kredit borclarından intihar edən işçinin bayramı? Sığortanın nə olduğunu bilməyən, bankomat önündə sırasını gözləyən, aldığı qəpik-quruşu əlləri əsə-əsə borcuna verən əməklininmi bayramıdır?
Yoxsa qəpik-quruş üçün hər cür şəraitdə çalışan, təhlülkəsizliyi təmin olunmayan inşaatda çalışan fəhləninmi bayramıdır?

Məncə, işçi və işəgötürən mənfəətləri ədalətli olmayana qədər işçi bayramı yoxdu.
Şərtlər nə qədər yaxşı olursa olsun, işçi əməyinin qarşılığını almayana qədər bayramın dadı-duzu yoxdur. İş saatlarının çoxluğu, qeydiyyatdan kənar xarici məşğulluq, sağlam olmayan iş mühiti, nəfəs aldırmayan rəqabət anlayışı, bayram günü çalışan işçilər, işçidən şəxsi mənafeyi naminə faydalanan müdirlər... Bunlar var olduqca, bayram olmayacaq...

... Nə zamana qədər işçi haqqı olanı aldığında yerlərə qədər əyilib müdirinə təşəkkür edəcək, sanki alın tərinin, əməyinin qarşılığını almır da, müdir qaşının-gözünün xətirinə verir o pulu, mənim üçün əməkçi bayramı yoxdur! ...

... Amma adına məmur da desəniz, işçi də desəniz, əslində hər çalışan bir işçidi. Biz yenə unutmayaq, işçilərin həmrəylik içərisində olması bir çox sosial hüquqlara qovuşması deməkdir.  O üzdən haqqınızı tələb edin, qoruyun, əməyinizin qiymətini tələb edin.
Bu günü beyninizə Sovetlərin qalığı kimi yamamaga çalışanlara inad 1 mayda “mayovka” etməyin, haqqınızı tələb edin! Bəlkə o zaman bayramınız bayram ola...

P.S. nə olur olsun, 1 may da əlimdə çiçəklər “URA! URA! URA!” dediyimiz günlərin nostalgiyasın yaşayıram bu günlər...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi