Modern.az

Qadına şiddətə susma!

31 Oktyabr 2016, 09:27

Məhsəti Şərif


Hər gün qadına şiddət xəbəri oxuyuruq. Qadına zorakılığın bu qədər artdığı zamana gəlmişik. Daha da pisi, bu vəziyyəti qəbul etmişik. "Ərimdir, həm sevər, həm döyər"  məsəlini özünə qanun bilən qadınların gördüyü şiddətdən sonra ərini hələ bağrına basmasını ağlım heç bir şəkildə qəbul etmir. Bu vəziyyətin könüllü olaraq qəbul edilməsini və bu zehniyyəti içimə sindirə bilmirəm! 


Bu vahim durumu necə dəyişməli?


Qadına zorakılığın azaldılması hər şeydən əvvəl ictimai zehniyyətin qabıq dəyişdirməsi ilə mümkündür. Əvvəlcə şiddət uyğulayana verilən cəzalar artırılmalıdır. Ölkədə qanun çıxarmaqdan asan nə var? Bu və bənzər qadın cınayətlərinin qarşısını almaq üçün nəyi gözləyirlər? Daha çox qadının ölməsinimi? Daha çox uşağın anasız qalmasınımı?


Əslində bu mövzu haqqında bilindikcə, daha çox dayaq yeyən və daha çox dayaq atan hala gəlmişik. Sosial həyatda iki sözü bir araya gətirə bilməyən ər arvadına təpik vura və ya bıçaqla onu dəlik-deşik edə bilir. Nə hala gəldik? Qadınlar boşanan deyil, ölən qadın olmağı seçirlər. Nə hala gəldik... ana-ata qızına sahib çıxmır! Min əziyyətlə böyütdüyü övladını elin oğlu öldürür...


Niyə ilk şiddətdə qadın boşanmır? Boşanan qadına cəmiyyətin yararsız fərdi kimi baxanlar üzündən! Boşanan qadına potensial məşuqə gözüylə baxan sizin üzünzdən! İndi düşüncənizin əsərlərinə baxıb sevinin...


... Qəbələdə əri və onun ailəsi tərəfindən boğulub öldürülən Səbinə.. .Oxuduqca ürəyim sızıldayır. Amma Səbinəni və ailəsini qınamadan keçmirəm. Bəlkə mənimlə razılaşmayasınız. Bu gənc qadın evləndiyi gündən şiddət gördüyü ailədə niyə yaşayıb? Niyə 3 övlad dünyaya gətirib? Niyə dördüncü dəfə onu döyən əri bağrına basıb və hamilə qalıb? Ailəsi niyə qızını o evə göndərib?


Uşaq dünyaya gətirməyi ailəni qurtarma silahına çevirməyin. Siz döyüldüyünüz, söyüldüyünüz və nəhayət qətl edildiyiniz evdə günahsız,  pisixalogiyası alt-üst olmuş uşaq buraxırsınız...


... Biz qadınları bədbəxt edən ənənələr... Ənənələrimizə görə ər-arvad arasına girilməz. “Buraxın öz aralarında həll etsinlər” deyilər. Bu kodlaşdırma ilə böyümüş zehimiz var. Bu vəziyyətdə də eyni kod əmrini yerinə yetiririk. Ər-arvad arasına girilməz, buraxın öldürsün, doğrasın, təcavüz etsin, küçədə saçlarından tutub süründürsün, amma lütfən arasına girməyin! Nə də olsa ərinin arvadıdı,  həm sevər, həm döyər!


Bu atalar sözləri ilə böyümüş bir millətin gələcəyinin belə olacagı qaçılmaz idi. 


...Amma gözünüzü açın! Fiziki deyil, hətta mənəvi şiddət gördüyünüz adamı tərk edin... Uşağı, qonşunu, qohumu bəhanə etməyin! Mənəviyyatsız, birinin qurbanına çevrilməyin!!!

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok