Modern.az

Səhiyyə naziri iaşə obyektlərinə nəzarəti gücləndirməyi tapşırıb

Səhiyyə naziri iaşə obyektlərinə nəzarəti gücləndirməyi tapşırıb

Ölkə

23 Fevral 2010, 17:40

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Modern.az-a verilən məlumata görə, kütləvi qida zəhərlənmələrinin qarşısının alınmasına yönəldilmiş tədbirlər çərçivəsində ötən il aparılmış reydlər zamanı Bakı şəhərində nöqsanlara görə 204 ictimai iaşə müəssisəsi cərimə olunub. Bundan başqa, 20 müəssisənin fəaliyyəti dayandırılıb, zəhərlənmələrin əsas mənbələrindən olan dönərxanalarda isə 72 nəfər məsul şəxs cərimə edilib, 32 obyektin fəaliyyəti dayandırılıb. Görülmüş tədbirlər nəticəsində ötən il qida zəhərlənmələri 2008-ci illə müqayisədə 40%, zərərçəkənlərin sayı isə 50%-dək azalıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, iaşə obyektlərində aparılan yoxlamalar nəticəsində kəsilən cərimələrin azlığı effektli cəza deyil.

Mərkəzdən verilən məlumata görə, bir neçə gün öncə Səhiyyə Nazirliyində keçirilmiş kollegiya iclasınfa nazir Oqtay Şirəliyev sözgedən məsələnin Nazirlər Kabinetində də müzakirə

olunduğunu və sanitar tələblərə cavab verməyən obyektlərin birdəfəlik bağlanmasının vacibliyini qeyd edib.

Oqtay Şirəliyev səhiyyə nazirinin müavini Abbas Vəlibəyova

bu işə nəzarəti gücləndirməyi tapşırıb.

  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü