Modern.az

Metroda ağır yaralanan qadından XƏBƏR VAR

Metroda ağır yaralanan qadından XƏBƏR VAR

9 Fevral 2022, 09:55

Ötən gün Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında özünü qatar yoluna atan şəxs Kliniki Tibbi Mərkəzə gətirilib.

 

Mərkəzdən Modern.az-a verilən məlumata görə, ağır xəsarətlər alan yaralı 34 yaşlı Mirzəxanova Elnarə Minətulla qızı dünən gecə saatlarında qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hazırda onun müalicəsi davam etdirilir.

 

Qeyd edək ki, hadisə "Azadlıq prospekti" metrostansiyasında, Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatar yolunda baş verib. Axşam saat 21:54 radələrində stansiyada olan sərnişinlər arasında orta yaşlı bir qadın özünü qatar yoluna atıb. Hadisə qatar stansiyaya daxil olarkən baş verib. Dərhal maşinistə məlumat verilib, 21:55-də qatar relsində gərginlik dayandırılıb. Qadın qatar yolundan çıxarılandan sonra, saat 22:05-də gərginlik bərpa olunub və qatarların hərəkəti təmin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir