Modern.az

İdmançımız Pekində çıxışını başa vurub

İdmançımız Pekində çıxışını başa vurub

Aktual

10 Fevral 2022, 08:55

Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022 Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.

 

Modern.az xəbər verir ki, milliləşən rusiyalı idmançı bu gün sərbəst proqramla buz üzərinə çıxıb.

 

Onun çıxışı 155,04 xalla dəyərləndirilib. Təmsilçimiz iki proqramın cəmində 239,19 xal toplayıb.

 

Litvintsev yarışı başa vuran 19 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb. Yarış qısa proqramdan sonra ilk 5 sırada yer alanların çıxışı ilə yekunlaşacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir