Modern.az

DOST agentliyi auditor seçir

DOST agentliyi auditor seçir

Aktual

11 Fevral 2022, 13:47

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi özünün və təsisçisi olduğu 7 hüquqi şəxsin 2021-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun audit üçün açıq tender elan edib.

 

Modern.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

 

İddiaçılar ilkin sənədləri martın 4-ü, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə martın 15-i, saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər.

 

Tenderin nəticəsi martın 16-da, saat 17:00-da portalda açıqlanacaq.

 

Qeyd edək ki, DOST Agentliyi ölkə prezidentinin 9 avqust 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 10 dekabr 2018-ci il tarixli fərmanı ilə qurumu Nizamnaməsi və strukturu təsdiq olunub. 9 may 2019-cu ildə ölkədə ilk "DOST" mərkəzinin açılışı baş tutub.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir