Modern.az

COVID-19-dan daha təhlükəli xəstəlik bir ADDIMLIĞIMIZDA

COVID-19-dan daha təhlükəli xəstəlik bir ADDIMLIĞIMIZDA

Aktual

12 Fevral 2022, 10:44

“Xərçəng xəstəliyi bütün dünyada hələ də müalicəsi tam müəyyən olunmayan xəstəlikdir. Meqapolis həyat tərzi, insanların tənbəlləşməsi, iqlim dəyişikliyi, ekoloji cəhətdən havanın, dənizin çirklənməsi və s. kimi səbəblər mövcuddur. Bunun da birbaşa qidalara təsiri var”.


Bunu Modern.az-a Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov deyib.


Onun sözlərinə görə, meqapolis həyat tərzində hər kəs şəhərə axın edir və komfortlu yaşamaq istəyir, ayaqları torpaqdan üzülür:
 


“Bu da böyük fəlakətə gətirib çıxarır. İnsanlar özləri anlamalıdılar ki, torpağı əzizləmək və kəndliyə şərait yaratmaq lazımdır. Kənddə torpaqla məşğul olan insan sovet vaxtında olduğu kimi önə çəkilməlidir. Çünki onlar əkməsə, becərməsə, onlara maraq olmasa, hər şey fəlakətlə sonlana bilər. Çünki insanlar orqanik məhsulları qoyub, geni dəyişdirilmiş qidaları istehlak edəcəklər. Bu da təbii ki, xərçəng riskinin artmasına səbəb olacaq. Geni dəyişdirilmiş qidaların insan orqanizminə heç bir faydası yoxdur. Qaraciyər yüklənməsi, ürək-qan damar sisteminin pozulması, obezite və s. Bir çox xəstəliklərə gətirib çıxarır”.


A.Salamov bildirib ki, tənbəllik, qeyri-fziki həyat tərzini seçən insanlarda da xərçəng xəstəliyinə tutulma riski böyükdür:


“Dördüncü sənayə əsrində yaşayırıq. Komfort həyat tərzi və kəndliyə yaradılmayan şərait bizim sağlamlığımıza öz təsirini göstərir. Əgər kəndli becərdiyi məhsulu bazara çıxara, qazanc əldə edə bilmirsə, o zaman onun yenidən məhsul becərməsi sual altında olacaq. Şəhərlərdə kəndlilər üçün yarmarkalar təşkil olunmalıdır. İnsanlar öz sağlamlıqları üçün bu yarmarkalara maraq göstərməlidilər. Marketdə satılan məhsullara üstünlük verilməməlidir. Market üçün məhsul becərən şəxs minimum zərərdən qorunmaq üçün müxtəlif kimyəvi maddələrdən istifadə edirlər. Bu da xərçəng əmələ gətirən amillərdən biridir. Düşünürəm ki, kəndliyə şərait yaradılmalı, davamlı yarmarkalar təşkil olunmalı, yer pulu tələb olunmamalıdır”.

 

 

 

 

Qida texnoloqu vurğulayıb ki, dördüncü sənayə əsri bəşəriyyətin sonunu gətirən amillərdən biridir:

“İnsanları məhv eləmək üçün bioloji silahlara, viruslara ehtiyac yoxdur. Qida sənayesi onsuz da insanları məhv edəcək. Sayları sürətlə azalacaq, kişilərdə sonsuzluq yaranacaq. Gəncləşən xərçəng xəstəliyi insanların sayının azalması üçün planlaşdırılan sistemdir. Artıq bu teori öz sözünü deyir. Emal olunmuş ət məhsulları, kolbasa, sosiska kimyəvi maddələrlə zəngin olan qidalardır. Yağların tərkibi dəyişdirilib, translaşdırılıb. Nəticə olaraq insanların genində də dəişikliklər olur. Buna səbəb isə trans yağlardır. Bütün bunlar insan genefondunu dəyişmək üçün düşünülüb və dünyanı idarə edənlərin kirli planlarıdır. Hər kəs bu cür qidalara aldanır. Çünki uzun müddətdir ki, belə qidaların reklamı aparılır. Seraillarda komfort həyat tərzinin reklamına geniş yer verilir. Heç bir serialda kəndlinin həyat tərzi, əkib-becərməsi geniş təsvir olunmur”.

A.Salamov bildirib ki, tikintilərin artması, dənizin çirklənməsi, çirkab suların dənizə axıdılmasının da xərçəng xəstəliyinin geniş yayılmasına səbəb olur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir