Modern.az

Azərbaycanda baş redaktoru bıçaqla yaralayıblar

Azərbaycanda baş redaktoru bıçaqla yaralayıblar

Media

15 Mart 2013, 12:59



Daxili İşlər Nazirliyinin məlumatına görə, martın 14-də Yasamal rayonu ərazisində "Mercedes" markalı avtomaşının sürücüsü şəhər sakini Emil Zeynalov və onun sərnişini xuliqanlıq zəminində "Gündəlik Bakı" qəzetinin baş redaktoru şəhər sakini Habil Vəliyevə bıçağın dəstəyi ilə üz nahiyəsindən xəsarət yetiriblər.
Eyni zamanda, Emil Zeynalov Yasamal RPİ 27-ci PB-yə müraciət edərək, Habil Vəliyevin onu tapança ilə hədələməsini və qardaşı Rafael Vəliyevin isə bıçaqla ona döş nəhiyəsindən xəsarət yetirməsini bildirmişdir. Araşdırmalar aparılır.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir