Modern.az

"Mercedes" Rusiyadakı zavodunu satır

Dünya

26 Avqust 2022, 20:56

Almaniyanın "Mercedes-Benz" avtomobil istehsalçısı Moskva yaxınlığındakı zavodunu satır.

 

Modern.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

 

Mənbələrdən birinin sözlərinə görə, sövdələşmə yekun mərhələdədir, zavodu Rusiya şirkəti alacaq, lakin “Mercedes”də sənədlərlə bağlı bəzi problemlər yaranıb.

 

Qəzet bildirir ki, tenderdə bir neçə diler iştirak edir.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?