Modern.az

Putin müharibəni tezliklə dayandırmaq istəyir

Putin müharibəni tezliklə dayandırmaq istəyir

Dünya

16 Sentyabr 2022, 17:28

Rusiya Ukraynadakı münaqişəni mümkün qədər tez bitirmək üçün hər şeyi edəcək, lakin Kiyev danışıqlardan imtina edir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Hindistanın Baş naziri Narendra Modi ilə görüşdə deyib.

 

Putin Modi ilə danışıqlar zamanı Rusiyanın müharibənin davam etməsində maraqlı olmadığını söyləyib. O Kiyevi danışıqlardan qaçmaqda ittiham edib.

 

Bundan əlavə, Putin Rusiya Federasiyası ilə Hindistan arasında vizasız turist səfərləri haqqında saziş üzrə danışıqların intensivləşdirilməsini təklif edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et