Modern.az

Avropada gürcü mafiyasına qarşı əməliyyat keçirilir

Avropada gürcü mafiyasına qarşı əməliyyat keçirilir

15 Mart 2010, 17:16

Avropanın altı ölkəsində mütəşəkkil cinayətkarlığa qarşı polis əməliyyatı keçirlir. Modern.az BBC-yə istinadən xəbər verir ki, Avropada bu genişmiqyaslı əməliyyat başlayandan bəri İndiyə qədər 69 nəfər həbs edilib. Təkcə İspaniyada narkotik qaçaqmalçılığı əleyhinə aparılan əməliyyat zamanı polis 24 nəfəri tutub-saxlayıb. Bu əməldə şübhəli qismində saxlanan şəxslər keçmiş Sovet İttifaqı ölkələrindəndirlər. Onların narkotik maddələrin qaçaqmalçılığı, çirkli pulların yuyulması, silah saxlama kimi əməllərdə ittiham edildiyi deyilir. Polis mənbələri tutulan şəxslərin gürcü olduqlarını deyib 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir