Modern.az

Türkiyə Şimali Kiprə qoşun və silah göndərəcək 

Türkiyə Şimali Kiprə qoşun və silah göndərəcək 

29 Sentyabr 2022, 20:40

Türkiyə Şimali Kiprə silah və hərbi kontingent göndərə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

 

O bildirib ki, bu barədə qərar ABŞ-ın Kiprə qarşı tətbiq edilən silah embarqosunun ləğvinə cavab olaraq qəbul edilə bilər.

 

“Kipr türklərini qorumaq məqsədi ilə oraya daha çox ordu göndərəcəyik və silah olaraq da nəyə ehtiyacları varsa, onu verəcəyik”, - XİN rəhbəri vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi