Modern.az

ABŞ ştatı Obamanı “DQR” tanımağa çağıran qətnamə qəbul edib

ABŞ ştatı Obamanı “DQR” tanımağa çağıran qətnamə qəbul edib

Dünya

11 Aprel 2013, 11:37


ABŞ-ın Men ştatının Nümayəndələr Palatası və Senatı prezidenti və Konqresi qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımağa çağıran birgə qətnamə qəbul edib. Modern.az bildirir ki, aprelin 10-da qəbul edilmiş qətnamədə ABŞ qondarma qurumun öz müqəddəratını təyin etmə hüququna dəstək verməyə çağırılıb.

Qətnamənin təşəbbüskarı konqresmen Skott Hamanndır. Ona bu təşəbbüsdə Nümayəndələr Palatasının üzvləri Endrü Qattin və Saqa Qideon dəstək verir.

Qərarda qeyd edilir ki, Dağlıq Qarabağ Cənubi Qafqazda əhalisinin xeyli hissəsini ermənilər təşkil edən erməni tarixi ərazisidir. Və bildirilir ki, 1921-ci ildə Stalinin əmri ilə Azərbaycan SSRİ-yə verilib.

Qeyd edək ki, analoji qətnamələr bundan əvvəl Massaçusets və Rod-Aylend ştatları tərəfindən qəbul olunub.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok