Sentyabrın 30-da hərbçilər tərəfindən çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılan Burkina Faso prezidenti Pol-Henri Sandaoqo Damiba vəzifəsindən istefa verib.
Modern.az xəbər verir ki, bu barədə "Radio France internationale" radiostansiyası məlumat yayıb.
Damiba qiyamçıların istefa tələbi ilə razılaşdığını bildirib.
Məlumata görə, Damiba oktyabrın 2-də Burkina-Fasonu tərk edərək qonşu ölkə Toqoya yollanıb.