Modern.az

İranda güneyli fəal qadın saxlanılıb

İranda güneyli fəal qadın saxlanılıb

Aktual

3 Oktyabr 2022, 16:06

İranın Zəncan vilayətində jurnalist və fəal Səfiyə Qarabaği hökumət qüvvələri tərəfindən saxlanılıb.

 

Modern.az “Iran wire” portalına istinadən xəbər verir ki, güneyli fəal öz iş yerində olarkən saxlanılıb.

 

Məlumata görə, qadın hüquqları sahəsində fəal olan Səfiyə Qarabaği saxlanıldıqdan sonra naməlum istiqamətdə aparılıb.

 

Qeyd edək ki, “Azad İran” teleqram kanalı Səfiyə Qarabağinin Güney Azərbaycandan olması barədə məlumat yayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!