Modern.az

Türkiyə Rusiyadan xahiş etdi: 2024-cü ilədək təxirə salın!

Türkiyə Rusiyadan xahiş etdi: 2024-cü ilədək təxirə salın!

Dünya

4 Oktyabr 2022, 00:18

Türkiyə enerji qiymətlərinin qalxması nəticəsində yaranan iqtisadi zərəri azaltmaq üçün Rusiyadan təbii qaz ödənişlərinin bir hissəsini təxirə salmasını istəyib.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, Türkiyənin dövlətə məxsus enerji idxalçısı olan "Botaş" şirkəti ödənişlərin bir hissəsini 2024-cü ilə qədər təxirə salmağa çalışır.

 

Agentlik onu da qeyd edib ki, danışıqların nəticəsi hələlik məlum deyil. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı