Modern.az

Ukrayna ordusu böyük irəliləyiş əldə edib - Zelenski

Ukrayna ordusu böyük irəliləyiş əldə edib - Zelenski

Dünya

5 Oktyabr 2022, 00:11

Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı böyük irəliləyişlər əldə edib, ölkənin cənub və şərqində onlarla yaşayış məntəqəsini işğaldan azad edib.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

"Ukrayna ordusu hazırkı müdafiə əməliyyatı kontekstində ölkənin cənubunda kifayət qədər sürətli və güclü şəkildə irəliləyir", - prezident bildirib.

 

"Təkcə bu həftə Rusiyanın keçirdiyi psevdoreferendumdan sonra onlarla yaşayış məntəqəsi azad edilib. Bunlar Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərindədir", - deyə Zelenski qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü