Modern.az

“Cəmil Quliyev hələ də köhnə iş yerindədir” - Mədəniyyət kanalından verilən cavab

“Cəmil Quliyev hələ də köhnə iş yerindədir” - Mədəniyyət kanalından verilən cavab

Aktual

22 Aprel 2013, 12:24

Azərbaycan Dövlət Film Fondunun direktoru, Mədəniyyət kanalının baş direktoru Cəmil Quliyevin İctimai Televiziyaya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçiləcəyi ilə əlaqədar onun Azərbaycan Dövlət Film Fondunun və Mədəniyyət kanalının baş direktoru vəzifəsindən istefa verdiyi iddia olunur. Hər iki qurundan isə Modern.az-a bildiriblər ki, Cəmil Quliyev hazırda iş başındadır. Onun Azərbaycan Dövlət Film Fondunun direktoru, Mədəniyyət kanalının baş direktoru vəzifəsindən getməsi barədə yayılan məlumatlar yalandır:

“Cəmil müəllim hələ burdadır. Hələ ki, heç nə təsdiqlənməyib”.

Qeyd edək ki, Azərbaycan Dövlət Film Fondunun direktoru, Mədəniyyət kanalının baş direktoru Cəmil Quliyevin İctimai Televiziyaya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərdən biridir.

Gültəkin Ələsgər    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var