Modern.az

Çin Şarl Mişelin çıxışına icazə vermədi 

Çin Şarl Mişelin çıxışına icazə vermədi 

Dünya

8 Noyabr 2022, 18:44

Çin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin müraciətinin televiziyada yayımlanmasına icazə verməyib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Mişelin müraciəti Çində keçirilən sərginin açılış hissəsində yayımlanmalı idi. O, sözügedən çıxışında Rusiyanın Ukraynada apardığı qanunsuz müharibəni kəskin şəkildə tənqid edib.

 

Məlumata görə, bu səbəbdən onun çıxışına Çində qadağa qoyulub.

 

Mişel isə Çini müharibənin tənzimlənməsində nüfuzundan istifadə etməyə çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?