Modern.az

Putin: “Müharibə Moskvaya gəlib çıxsa belə, Bəşər Əsədi ələ vermərəm”

Putin: “Müharibə Moskvaya gəlib çıxsa belə, Bəşər Əsədi ələ vermərəm”

Dünya

30 Aprel 2013, 15:47

Rusiya məmurları ilə yaxşı münasibətdə olan, tanınmış İordaniya jurnalisti və siyasi analitiki Nader Makableh Rusiya prezidenti Vladimir Putinin qapalı plenar iclasda “Hərbi əməliyyatlar hətta Moskva küçələrinə qədər gəlib çıxsa belə, mən Suriya prezidenti Bəşər Əsədi ələ vermərəm” bəyanatını yayıb.

Modern.az MixedNews -a istinadən xəbər verir ki, Makableh həmçinin Putinin ABŞ prezidenti Barak Obama tərəfindən Suriya məsələlərini müzakirə etmək üçün təcili görüş təklifini qəbul etmədiyini də təsdiqləyib.

Nader Makableh bildirib ki ,Suriya prezidenti Bəşər Əsədin Xümsdəki silahlı müxalif qüvvələrin dağıdlması üçün planı artıq hazırdır.

Xatırladaq ki, Rusiya Suriyadaki gərgin vəziyyətin yarandığı vaxtdan bu yana dəfələrlə bildirib ki,  Suriyaya qarşı olan mövqeyi heç vaxt dəyişməyəcək.

Günəş FƏRHADLI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir