Modern.az

Bu il Yəməndə 92 uşaq öldürülüb 

Bu il Yəməndə 92 uşaq öldürülüb 

Dünya

27 Noyabr 2022, 21:15

Yanvarın 1-dən noyabrın 15-dək Yəməndə baş verən qarşıdurmalarda 92 uşaq ölüb, 241 uşaq yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə uşaq hüquqlarının müdafiəsi üzrə “Save The Children” adlı beynəlxalq QHT-nin hesabatında deyilir.

 

Hesabatda Yəməndə hər gün orta hesabla ən azı bir uşağın yaralandığı bildirilir.

 

QHT Yəməndə münaqişənin şiddətləndiyini bildirib və münaqişə tərəflərini mülki əhaliyə qarşı hücum və zorakılığın qarşısını almağa çağırıb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi