Modern.az

Rusiya, Çin və İran birləşib - Diplomat

Rusiya, Çin və İran birləşib - Diplomat

Dünya

1 Dekabr 2022, 12:35

Rusiya, Çin və İran çoxqütblü dünya nizamının tərəfdarları kimi birləşib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar üzrə daimi nümayəndəsi Mixail Ulyanov danışıb.


“Çin, İran və Rusiya… Bu, çoxtərəfli diplomatiyada yeni üçbucaq kimi deyilmi? Əslində, bu format asanlıqla uzadıla bilər. Çoxqütblülüyü dəstəkləyən və nəyin bahasına olursa olsun birqütblü dünyanı qoruyub saxlamaq cəhdlərinin əleyhinə olan bir çox dövlətlər var”, - o, tvitter-də yazıb.

Twitter
Sizə yeni tvit var
Keçid et