Modern.az

Egey dənizində zəlzələ oldu

Egey dənizində zəlzələ oldu

Dünya

8 Dekabr 2022, 12:10

Türkiyənin Egey dənizi sahillərində zəlzələ olub.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Zəlzələ Muğla vilayətinin Bodrum ərazisində qeydə alınıb. Rixter şkalası üzrə 4 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 11.7 kilometr dərinliyində yerləşib.

 

Təbiət hadisəsi ətraf ərazilərdə cüzi hiss olunub. Ölən və ya yaralananlar olmayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et