Modern.az

Moskvada ticarət mərkəzi yandı, ölən var - YENİLƏNİB

Moskvada ticarət mərkəzi yandı, ölən var - YENİLƏNİB

Dünya

9 Dekabr 2022, 09:54

Moskvadakı “Meqa Ximki” ticarət mərkəzində yanğın zamanı bir nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

***

Rusiyanın paytaxtı Moskva şəhərinin Leninqradskoye şossesində ticarət mərkəzində güclü yanğın olub.

 

Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yanğınla yanaşı "MEGA Ximki" adlı ticarət mərkəzində partlayış da qeydə alınıb.

 

Yerli mətbuatın məlumatına görə, yanğının sahəsi 17 min kvadratmetrə çatır. Həlak olanlar və yaralananlar barədə hazırda məlumat yoxdur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var