Modern.az

Almaniyada çevriliş etmək istəyənlər barədə qərar verildi 

Almaniyada çevriliş etmək istəyənlər barədə qərar verildi 

Dünya

9 Dekabr 2022, 17:08

Almaniya Federal Ali Məhkəməsi çevrilişdə şübhəli bilinən 23 nəfərin, o cümlədən onları dəstəklədiyi iddia edilən bir rus qadının həbsinə order verib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

 

“Dekabrın 7-8-də Federal Ali Məhkəmənin müstəntiq hakimləri  Almaniya vətəndaşlarına, habelə Rusiya vətəndaşı Vitaliya B.-yə qarşı həbs qərarlarını icra ediblər”, - rəsmi məlumatda deyilir.

 

Baş Prokurorluq onların ötən çərşənbə günü saxlandığını xatırladıb. Həmçinin qeyd edilib ki, İtaliya və Avstriyada dövlət çevrilişi hazırlamaq işi çərçivəsində saxlanılan daha iki Almaniya vətəndaşı haqqında ekstradisiya proseduruna başlanıb.

 

Qeyd edək ki, Almaniya Baş Prokurorluğu dekabrın 7-də ölkədə çevrilişə cəhd edən 27 nəfərin saxlanması barədə məlumat yayıb. Bildirilib ki, Almaniyada dövlət çevrilişi hazırlamaqda şübhəli bilinərək saxlanılan şəxslər  Rusiya nümayəndələri ilə əlaqədə olublar, lakin heç bir dəstək ala bilməyiblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir