Modern.az

Ərdoğan Zelenskiyə SÖZ VERDİ - Yardım göndəriləcək

Ərdoğan Zelenskiyə SÖZ VERDİ - Yardım göndəriləcək

Dünya

11 Dekabr 2022, 22:16

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

 

Modern.az bildirir ki, Türkiyə tərəfi telefon danışığı barədə məlumat yayıb.

 

Ərdoğan bildirib ki, qışda Ukraynaya humanitar yardımın göstərilməsi istiqamətində işlər davam etdiriləcək.

 

Türkiyə lideri taxıl dəhlizinin genişlənərək müxtəlif ərzaq məhsulları və digər malları əhatə edə biləcəyini bəyan edib. Ərdoğan, həmçinin Zaporojye atom elektrik stansiyası üçün həll yolunun tapılacağına ümid etdiyini vurğulayıb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et