Modern.az

Putin illik mətbuat konfransı keçirməyəcək 

Putin illik mətbuat konfransı keçirməyəcək 

Dünya

12 Dekabr 2022, 15:20

Rusiya prezidenti Vladimir Putinin hər il dekabrın sonunda ilin yekunlarına həsr olunmuş mətbuat konfransı bu il keçirilməyəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.

 

“Putin ilin sonunda mətbuat konfransı keçirməyəcək”, - Peskov bildirib.

 

Onun sözlərinə görə, buna baxmayaraq Rusiya prezidenti kütləvi informasiya vasitələri ilə ünsiyyətini davam etdirəcək.

 

Putinin bu il ənənəvi mətbuat konfransı keçirməməsinin səbəbi açıqlanmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et