Modern.az

Meksikadan ABŞ-a uçan təyyarə qəzaya uğradı

Meksikadan ABŞ-a uçan təyyarə qəzaya uğradı

Dünya

28 Dekabr 2022, 09:16

Meksikada təyyarə qəzası baş verib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu ölkədən ABŞ-a uçan kiçik həcmli təyyarə qəzaya uğrayıb.

 

Belə ki, Meksikanın Puerta Vallarta şəhərindən ABŞ-ın Texas ştatındakı Makallen şəhərinə uçan təyyarə qəfil yerə çırpılıb.

 

Nəticədə 2 ekipaj üzvü yaralanıb. Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb.

 

Qəzanın texniki nasazlıq ucbatından baş verdiyi güman edilir. Hazırda dəqiq səbəblərin araşdırıldığı qeyd olunub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et