Modern.az

Rusiyada qatar avtobusla toqquşdu - Yaralananlar var

Rusiyada qatar avtobusla toqquşdu - Yaralananlar var

Dünya

28 Dekabr 2022, 10:50

Rusiyada ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanı məlumat yayıb.

 

Hadisənin Altay diyarının Barnaul şəhərində olduğu bildirilib. Belə ki, qatarla mikroavtobus toqquşub.

 

Qəza nəticəsində ümumilikdə 8 nəfərin xəsarət alıdığı qeyd edilib. Məlumata görə, yaralananlardan biri uşaqdır.

 

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Bildirilib ki, hadisə yerinə Barnaul prokuroru da gəlib və faktla bağlı araşdırmalar aparılır, hadisənin səbəbləri araşdırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et