Modern.az

Bu il hansı istiqamətlər üzrə uğurlu oldu? - SORĞU

Bu il hansı istiqamətlər üzrə uğurlu oldu? - SORĞU

Aktual

30 Dekabr 2022, 11:04

Azərbaycanda keçirilən sorğuda iştirak edən respondentlərin 71,1%-i 2022-ci ilin yekununun hərbi istiqamət üzrə daha uğurlu olduğu fikrindədir.

Modern.az xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin "2022-ci ilin yekununu hansı istiqamətlər üzrə daha uğurlu hesab edirsiniz" adlı sorğusunun nəticələrində öz əksini tapıb. 

Sorğuda iştirak edənlərin mühüm hissəsinin - 62,3%-nin mövqeyində 2022-ci ilin yekununun Azərbaycanın siyasi-diplomatik müstəvidəki addımları ilə daha uğrulu olması yanaşması əksini tapıb. Nəticələrin təhlilinə əsasən, təhsil səviyyəsi artdıqca yekunlaşmaqda olan ilin siyasi və diplomatik baxımdan uğurlu olması mövqeyini ifadə edənlərin sayı da artıb. Respondentlərin 34,8%-i 2022-ci ili iqtisadi istiqamət üzrə daha uğurlu hesab etdiyini qeyd edib. 

2022-ci ili sosial istiqamət üzrə daha uğurlu hesab edənlərin göstəricisi 25,9% təşkil edib. 18-24 yaş qrupuna mənsub olan respondentlər 55-64 yaş qrupuna mənsub olan respondentlərlə müqayisədə 2022-ci ilin sosial istiqamət üzrə daha uğurlu olduğunu düşünür.

Sorğuda iştirak edənlərin 10,1%-i 2022-ci ili digər bir sıra istiqamətlər üzrə daha uğurlu hesab edib, 4,1%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib. 

Sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü  iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok