Modern.az

DİN partlayışda 1 nəfərin öldüyünü TƏSDİQLƏDİ

DİN partlayışda 1 nəfərin öldüyünü TƏSDİQLƏDİ

Hadisə

2 Yanvar 2023, 16:21

Daxili İşlər Nazirliyi (DİN) Bakıdakı partlayışla bağlı məlumat yayıb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, bu gün saat 16 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış olması ilə bağlı polisə məlumat daxil olub. 


Polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə  hadisə yerinə cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür. 
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok