Modern.az

Velosipedçi çaya düşüb öldü 

Velosipedçi çaya düşüb öldü 

4 May 2024, 19:00

Astarada bədbəxt hadisə baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Astara rayonunun dağlıq kəndi olan Pəlikeşdə baş verib.

 

Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə hərəkətdə olarkən körpü üzərində müvazinətini itirərək Şümrüd çayına düşüb.

 

Olman Şükürov aldığı xəsarətlərdən ölüb. Onun meyiti kənd sakinləri tərəfindən çaydan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, sözügedən körpünün hündürlüyü 6-7 metr, uzunluğu 3-4 metrdir.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi