Modern.az

Şəmkirdən acı xəbər - 1 ölü, 3 yaralı

Şəmkirdən acı xəbər - 1 ölü, 3 yaralı

Hadisə

4 May 2024, 20:26

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun "Yasamal" adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadalarının əməkdaşları cəlb olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi