Modern.az

Terror aktına hazırlaşan İŞİD-çi həbs olundu

Terror aktına hazırlaşan İŞİD-çi həbs olundu

Dünya

3 Yanvar 2023, 13:01

Türkiyədə terror aktı törətməyə hazırlaşan İŞİD üzvü saxlanılıb.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə İstanbul şəhərində baş verib.

 

Belə ki, İstanbul Polisinin keçirdiyi əməliyyatla haqqında terror aktına hazırlaşması barədə dəqiq kəşfiyyat məlumatları olan 1 İŞİD-çi həbs olunub. Terrorçu saxlanılarkən, müxtəlif materiallar da aşkarlanaraq müsadirə edilib.

 

Hazırda saxlanılan şəxs barədə araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?