Modern.az

Sabiq prezident xəstəxanaya yerləşdirildi

Sabiq prezident xəstəxanaya yerləşdirildi

Dünya

9 Yanvar 2023, 22:21

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro Florida ştatının Orlando şəhərində xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Sabiq dövlət başçısının xəstəxanaya yerləşdirilməsi onun tərəfdarlarının Braziliyanın paytaxtında hökumət binalarına hücumundan bir gün sonra baş verib. Bolsonaronun mədə ağrısı ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.

 

Bolsonaro 2019-cu ilin yanvarından 2023-cü ilin yanvarın 1-dək Braziliyanın prezidenti olub. Bu vəzifədə onu Luis İnasio Lula da Silva əvəzləyib. O, Silvanın vəzifəyə başlamazdan iki gün əvvəl ABŞ-a gedib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et