Modern.az

İstanbulda əməliyyat - 11 PKK-çı tutuldu

İstanbulda əməliyyat - 11 PKK-çı tutuldu

Dünya

10 Yanvar 2023, 15:09

Türkiyədə terrorçuluqla mübarizə tədbirləri çərçivəsində növbəti əməliyyat keçirilib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat İstanbulda təşkil olunub.

 

11 fərqli ünvana eyni vaxtda basqın edilib. Nəticədə 11 PKK-çı saxlanılıb. Həmçinin xeyli sayda rəqəmsal material aşkarlanaraq götürülüb.

 

Hazırda saxlanılan şəxslərlə bağlı araşdırmalar və hüquqi prosedurlar davam etdirilir. Bundan sonra da terrorla mübarizə tədbirlərinin davam etdiriləcəyi bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et