Modern.az

Türkiyə Krım tatarlarının müdafiəsinə qalxdı - Moskvaya mesaj

Türkiyə Krım tatarlarının müdafiəsinə qalxdı - Moskvaya mesaj

Dünya

12 Yanvar 2023, 15:04

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) həbsə məhkum olunan Krım tatarları ilə bağlı bəyanat yayıb.

 

Modern.az Türkiyə XİN-in rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda onların dərhal azad edilməsinə çağırış əksini tapıb.

 

"Kırım tatarı soydaşlarımız Cemil Qafarov, Servet Qaziyev, Erfan Osmanov, Alim Karimov və Seyran Murtazanın verilən qərarla 13 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmələrini narahatlıqla qarşılayırıq. Türkiyə Krım tatarlarının ana yurdlarında azad və təhlükəsiz şəkildə yaşamaq haqqını dəstəkləyir. Adı keçənlər və daha öncə oxşar şəkildə məhkum edilən Krımtatar Milli Məclisinin sədr müavini Neriman Celal, Asan Ahmetov və Aziz Ahmetov daxil olmaqla Krımda siyasi səbəblərlə həbsdə olan bütün soydaşlarımızın ən qısa zamanda azadlıqlarına və ailələrinə qovuşmaları üçün lazımi addımların atılmasını gözləyirik", - deyə bəyanatda bildirilib.

 

Qeyd edək ki, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra ictimai fəallara qarşı həbslər və digər hüquq pozuntuları müşahidə olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et