Modern.az

Paşinyan düşünülməmiş siyasət yürüdür - Sarkisyan

Paşinyan düşünülməmiş siyasət yürüdür - Sarkisyan

Dünya

12 Yanvar 2023, 16:04

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Paşinyan hakimiyyətini tənqid edib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Sarkisyan bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

 

"Hazırkı hakimiyyət düşünülməmiş siyasət yürüdür. Paşinyan hökumətinin nümayəndələri tez-tez deyirlər ki, Ermənistan Qarabağ ermənilərinin qarantıdır. Baxaq, görək hadisələrin inkişafı hansı yöndə olacaq. Vəziyyət ağırdır", - deyə o bildirib.

 

Qeyd edək ki, S.Sarkisyanın bu gün keçirilməli olan məhkəməsi təxirə salınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et