Kürdəmir rayonundakı "N" saylı hərbi hissəsinin giziri özünü asaraq intihar edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev məlumat verib.
Onun sözlərinə görə, hadisə martın 24-də saat 16-30 radələrində baş verib. 1988-ci il təvəllüdlü gizir Asim Arzuman oğlu Hüseynov özünü bacısının evində asaraq intihar edib. Hadisənin səbəbləri məlum deyil, araşdırma aparılır.
Valideynləri Rusiyada yaşayan Asim Hüseynov xalası qızı ilə nişanlı olub və onun yaxın günlərdə toyu olacaqmış.