Modern.az

Türkiyə və İranın XİN başçıları görüşəcək

Türkiyə və İranın XİN başçıları görüşəcək

Dünya

12 Yanvar 2023, 17:43

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüş keçirəcək.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Çavuşoğlu bunu Ruandaya səfəri çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb.

 

Onun sözlərinə görə, Abdullahian 17 yanvarda Türkiyəyə səfər edəcək. Səfər çərçivəsində tərəflər arasında görüşün keçirilməsi nəzərdə tutulub.

 

Türkiyə XİN başçısı İranın dövlət başçısı İbrahim Rəisinin də yaxın vaxtlarda Ankaraya rəsmi səfərə gələcəyi barədə məlumat verib.

Twitter
Sizə yeni tvit var
Keçid et