Modern.az

Parlament seçkilərilə bağlı monitorinq başlayır

Parlament seçkilərilə bağlı monitorinq başlayır

Ölkə

26 Mart 2010, 15:14

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə əlaqədar monitorinqlər aparacaq və maarifləndirmə proqramı həyata keçirəcək. Qurumdan verilən məlumata görə, MSK üzvləri tərəfindən aprel ayında dairələrdə aparılacaq monitorinqə ilkin olaraq kənd rayonlarında yerləşən dairələrdən başlanacaq. Məqsəd dairə seçki komissiyalarının öz vəzifələrini necə həyata keçirdiyini müəyyən etmək, dairələrin vəziyyətini yoxlamaqdır. Monitorinqlərin aprelin 15-nə kimi başa çatdırılması nəzərdə tutulur. Aprel ayından başlayaraq həm də maarifləndirmə proqramları həyata keçiriləcək. Hazırda MSK-da bununla əlaqədar tədbirlər planı hazırlanır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir