Polşadan havaya qalxan sərnişin təyyarəsinin ekipajı hava gəmisində bomba olması barədə məlumat alıb.
Modern.az xəbər verir ki, bu barədə Yunanıstanın EPT-1 telekanalı məlumat yayıb.
Bildirilir ki, İrlandiyanın “Ryanair” aviaşirkətinə məxsus təyyarə Yunanıstan ordusuna məxsus F-16 qırıcılarının müşayiəti ilə Afina Beynəlxalq Hava Limanına uçub.
Təyyarənin enişdən sonra dayanacağı xüsusi zona hazırlanıb. Əraziyə xüsusi təyinatlı polislər göndərilib. Hazırda təyyarənin göyərtəsində 192 nəfər olub.
Sonradan bildirilib ki, “Boeing 738” tipli təyyarəyə bomba qoyulması ilə bağlı məlumat öz təsdiqini tapmayıb. Sərnişinlər və baqaj yoxlanılıb. Heç bir partlayıcı və ya partlayıcı qurğu aşkar edilməyib.