Modern.az

Zelenskinin partiyasından antikorrupsiya ANONSU - Müharibə qanunları ilə...

Zelenskinin partiyasından antikorrupsiya ANONSU - Müharibə qanunları ilə...

23 Yanvar 2023, 12:30

Ukraynanın hakim "Xalqın Xidmətçisi" partiyasının parlament fraksiyasının rəhbəri David Araxamia sərt antikorrupsiya tədbirlərinin anonsunu verib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin oxşar bəyanatından sonra korrupsiyaya qarşı kampaniya elan edilib.

 

"Yəqin ki, bu yazda biz mütləq aktiv şəkildə bunu edəcəyik. İnsani şəkildə alınmır, müharibə qanunları ilə olacaq... Bəzi insanlar qorxmadan, peşmançılıq çəkmədən ağlını itiriblər və talanla məşğul olurlar. Bu, son vaxtlar aldığımız məhsullara - generarorlara da aiddir. Müdafiə Nazirliyində təzə qalmaqallar...", - deyə Araxamia qeyd edib.

 

Xatırladaq ki, Zelenski dünənki çıxışında rüşvət alarkən tutulan nazir müavini Lozinskinin saxlanılmasına münasibət bildirərək gələn həftə "konkret və ədalətli qərarların" veriləcəyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub