Modern.az

BQXK-nin 6 maşını yenidən Laçın yolundan keçdi

BQXK-nin 6 maşını yenidən Laçın yolundan keçdi

Qarabağ

24 Yanvar 2023, 15:06

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobil yenidən Laçın yolundan keçib.

 

Modern.az xəbər verir ki, BQXK-ya məxsus 6 minik avtomobili Laçın yolundan maneəsiz keçməsi üçün şərait yaradılıb.

 

Xatırladaq ki, səhər saatlarında da BQXK məxsus 6 avtomobil yenidən Laçın yolundan keçmişdi.

 

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

 

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 44 gündür davam edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu